Logo

Tələbələrin "imtahanqabağı sual" problemi: Əslində necə olmalı? - Ekspert şərh edir

08.06.2021 14:01 1189 baxış
IMG

"Təəssüflər olsun ki, bəzi tələbələrdə universitetlər tərəfindən imtahan suallarının öncədən təqdim olunmalıdır deyə fikir formalaşıb". 

 

Bunu Tehsil.biz-ə açıqlamasında təhsil eksperti Elçin Əfəndi bildirib.

 

O, belə halların tələbələrdə məsuliyyətsizliyə yol açmasını və nəticədə dərsdən yayınaraq arxayınlıq hissinin yaranmasına səbəb olduğunu deyib:

 

"Tələbələrə imtahandan əvvəl suallar deyil, həmin sualları əhatə edən mövzular təqdim edilməlidir. Belə olan halda tələbə həmin mövzu üzərində hazırlaşaraq sualların cavablandırılmasında da çətinlik çəkmədən müsbət nəticə əldə edə bilir. Lakin birbaşa imtahan suallarının təqdim olunması tələbəni arxayınlaşdıraraq dərslərdən yayınmasına şərait yaradır".

 

Ekspert bildirir ki, hər hansısa fövqəladə hal baş verdikdə, məsələn, pandemiya dövründə imtahan suallarının tələbələrə verilməsinə göz yummaq olardı. Çünki bu dövrdə tələbələrdən asılı olmayan səbəblərə görə onlar normal dərsdən kənar qaldı, istər internet, istər digər məlum çətinliklər onlayn dərslər zamanı böyük çətinliklər yaratdı.

 

"İxtisaslı, savadlı kadr yetişdirmək istəyiriksə, o zaman tələbə daim araşdırma aparmalı, mövzular öyrənməlidir. Əks halda əlbəttə, məsuliyyətli və ixtisaslı kadr hazırlanmasında çətinliklə üzləşəcəyik".

 

Fəqan Əzimli

Xəbər lenti