İyunun 10-da təhsil naziri Emin Əmrullayev canlı yayımda ali və orta ixtisas təhsili müəssisələrində imtahan sessiyasının təşkili, ümumi təhsil müəssisələrində yay məktəbi və tədris ilinin yekunları mövzularında sualları cavablandıracaq.
Bu barədə Tehsil.biz-ə Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, mövzulara dair sualları iyunun 9-u saat 18:00-dək nazirliyin rəsmi feysbuk səhifəsində paylaşılan postun rəy bölməsində qeyd etmək olar.