Logo

DİM yeni “ICDL Insights” modullarını təqdim edir

08.06.2021 15:32 261 baxış
IMG

Dövlət İmtahan Mərkəzində keçirilən ICDL (International Computer Driving Licence) beynəlxalq imtahanlarının yeni modulları üzrə “ICDL Insights” sertifikat imtahanları təklif olunur.

 

Qeyd edək ki, yeni ICDL modullarının əsas məqsədi müxtəlif sahələrdə biznes fəaliyyətini idarə edən rəhbər şəxslər üçün qərar vermədə texnoloji yanaşmanı müəyyən etməyə kömək etməkdir. Yeni “ICDL Insight” modulları aşağıdakılardır: 

 

Cloud Computing
Internet of Things
Artificial Intelligence
Big Data
Blockchain (tezliklə)
Industry 4.0 (tezliklə)

 

“ICDL Insights” praktik şəkildə kontekstləşdirilmiş ümumi baxış modullarını təqdim edir. Bu qısa giriş modulları, İT mütəxəssisi olmayan rəhbər şəxslərə texnologiyanın potensialını nəzərə almağa və İT mütəxəssisləri ilə bu sahədə müzakirələr aparmağa imkan verən konseptual anlayışın formalaşmasını təmin edir.

 

“ICDL Insights” digər ICDL modulları ilə birləşdirilərək unikal bir ICDL Profili yaratmaq üçün bir sıra modulları ehtiva edir. Hər bir modulun tədris planının məzmunu əsas konsepsiyaları təqdim edən, tətbiqetməyə dair praktiki nümunələr verən və düşünmək üçün imkanlar yaradan yüksək keyfiyyətli öyrənmə materiallarından ibarətdir. “ICDL Insights” sertifikat imtahanın nəticəsini əldə etməklə yanaşı bu istiqamətdə əldə olunan bilik və bacarıqlar gələcək karyera inkişafı üçün müvafiq səriştələri inkişaf etdirmək, həmçinin davamlı peşəkar inkişafa töhfə vermək üçün əla fürsət yarada bilər. 

 

DİM-də təşkil edilən ICDL imtahanları barədə daha ətraflı məlumatı aşağıdakı keçiddən əldə etmək olar: http://dim.gov.az/activities/exams/ICDL/

Xəbər lenti