Logo

DİM 6-cı sinif ingilis dili dərsliyinin CEFR standartlarına uyğunlaşdırılmasına dair təkliflər hazırlayıb

08.06.2021 15:34 54 baxış
IMG

Dövlət İmtahan Mərkəzinin həyata keçirdiyi “Xarici dil fənn kurikulumu, dərsliklər və qiymətləndirmə vəsaitlərinin (ingilis dili) təkmilləşdirilməsinə dəstək” layihəsinin 2021-ci il 31 may – 6 iyun tarixlərini əhatə edən III mərhələsi çərçivəsində yeni tərtib edilmiş 6-cı sinif ingilis dili dərsliyi beynəlxalq ekspert, Kaliforniya Universitetinin (Fullerton şəhəri) professoru Nathan Carr tərəfindən təhlil edilib. 

 

Təhlil nəticəsində dərsliyin CEFR (Dillər üzrə Ümumavropa çərçivə sənədi) standartlarına və şagirdlərdə kommunikativ dil bacarıqlarının formalaşdırılması məqsədlərinə uyğunlaşdırılması üçün tövsiyələr hazırlanıb və Təhsil Nazirliyinə təqdim edilib. Hazırlanan tövsiyələr dərslikdə istifadə edilən söz ehtiyatı, video tapşırıqlar, oxu, dinləmə, yazı və danışıq tapşırıqları olmaqla bütün məzmun standartlarını əhatə edir.

 

Xatırladaq ki, DİM “Xarici dil fənn kurikulumu, dərsliklər və qiymətləndirmə vəsaitlərinin (ingilis dili) təkmilləşdirilməsinə dəstək” layihəsini Təhsil Nazirliyinin Təhsil İnstitutu ilə birlikdə ABŞ-ın Azərbaycandakı Səfirliyinin dəstəyi ilə həyata keçirir.

 

Layihənin IV mərhələsinin avqust-sentyabr aylarında reallaşdırılması planlaşdırılır.

 

Layihə barədə ətraflı məlumatı aşağıdakı keçidlərdən əldə etmək mümkündür:

 

http://dim.gov.az/news/5628/?sphrase_id=1013196

 

http://dim.gov.az/news/5857/?sphrase_id=1013196

 

http://dim.gov.az/news/6095/?sphrase_id=1013196

 

http://dim.gov.az/news/6151/?sphrase_id=1013196

 

http://dim.gov.az/news/6401/?sphrase_id=1013196

Xəbər lenti