Logo

Azərbaycanlı alimin məqaləsi Pakistanın elmi jurnalında dərc olunub

08.06.2021 15:39 394 baxış
IMG

AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun Multikulturalizm və tolerantlıq fəlsəfəsi şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru Xatirə Quliyevanın “Azərbaycan-Pakistan münasibətləri İslam həmrəyliyi və mədəniyyətlərarası dialoq kontekstində” (Azerbaijan-Pakistan Relations in the Context of Islamic Solidarity and Intercultural Dialogue) sərlövhəli elmi məqaləsi “Pakistan Journal of Social Sciences” jurnalında dərc edilib.

 

Məqalədə Azərbaycan və Pakistan xalqları arasında əlaqələrin tarixi qədim zamanlardan müasir dövrümüzə kimi izlənib, müxtəlif imperatorluqların bir parçası olmuş bu ümumi identik mədəniyyətin milli-mənəvi dəyərləri İslam həmrəyliyi, multikulturalizm və mədəniyyətlərarası dialoq fəlsəfəsi, zəngin mədəniyyət, əxlaq ənənələri kontekstində qiymətləndirilib.

Xəbər lenti