Logo

BDU əməkdaşının kitabı beynəlxalq mükafata layiq görülüb

08.06.2021 18:10 335 baxış
IMG

Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Maddə quruluşu kafedrasının müdiri, professor Eldar Məsimovun “Вода” (“Su”) monoqrafiyası beynəlxalq medala layiq görülüb.

 

Kitab 14-18 oktyabr 2020-ci il tarixlərində Frankfurt kitab sərgisində Təbiət Elmləri Akademiyasının stendində nümayiş olunub və Frankfurt kitab sərgisinin “Qızıl medalı”na layiq görülüb. Bu barədə kitab yarmarkasının Frankfurt Kitab Sərgisi 2020-Xüsusi Buraxılışında (“Frankfurter Buchmesse 2020-Special Edition”) məlumat dərc edilib.

Xəbər lenti