Rusiyanın Volqoqrad vilayətində iki yeniyetmə oxuduqları məktəbin yaxınlığında güllələnib.
Bu barədə “İzvestiya” xəbər verib.
Məlumata görə, 2005 və 2006-cı il təvəllüdlü uşaqların biri ayağından, digəri isə çiynindən yaralanıb. Yaralılara artıq tibbi yardım göstərilib. Onların həyati təhlükəsi olmadığı deyilir.
Atəş naməlum şəxs tərəfindən açılıb. İlkin məlumatlara görə o, ehtimal ki, pnevmatik silahdan yeniyetmələrə atəş açıb, sonra isə hadisə yerindən qaçıb.
Hazırda şübhəlinin axtarışları davam edir.