Logo

Gəncə Dövlət Universitetinin tələbələri yarışlarda qələbə qazanıb

09.06.2021 11:38 387 baxış
IMG

Yeni Azərbaycan Partiyası Gəncə şəhər Təşkilatının təşəbbüsü ilə Gəncədə fəaliyyət göstərən ali və orta ixtisas məktəbləri arasında, ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ilinə həsr olunan “Heydər Əliyev irsini öyrənirik” adlı intellektual yarış təşkil olunub.

 

YAP Gəncə şəhər Təşkilatı tərəfindən keçirilən hər biri beş nəfərdən ibarət olan beş komandanın qatıldığı bilik yarışında iştirakçılar ümummilli liderin həyatından, siyasi fəaliyyətindən, qurucusu olduğu Yeni Azərbaycan Partiyasının gördüyü işlərdən verilən sualları cavablandırıblar. Komandalar münsiflər heyyəti tərəfindən qiymətləndirilib.

 

Gərgin keçən bilik yarışında Gəncə Dövlət Universitetinin Tarix-Coğrafiya fakültəsinin tələbələrindən ibarət komandası bütün rəqiblərinə qalib gələrək birinci yerə çıxmışdır.

 

YAP Gəncə şəhər Təşkilatı tərəfindən keçirilən növbəti şahmat və tennis yarışlarında Gəncə Dövlət Universitetinin tələbələrindən ibarət şahmat və tennis üzrə komandaları yenə də bütün rəqiblərinə böyük xal fərqi ilə qalib gələrək birinci yerə layiq görülmüşdülər.

Xəbər lenti