Logo

“Abşeron florasının məlumat siyahısı” nəşr edilib

09.06.2021 15:06 269 baxış
IMG

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin biologiya fakültəsinin professoru, biologiya elmləri doktoru Aleksandr Sergeyeviç Zernov və Azərbaycan Milli Elmlər Akademiyası Botanika İnstitutunun Herbari şöbəsinin elmi işçisi Şəhla Mirzəyevanın həmmüəllifliyi ilə Abşeron yarımadasında aparılan floristik tədqiqatların nəticələrinə həsr olunmuş “Abşeron florasının məlumat siyahısı” adlı kitab nəşr edilib.

 

Kitabda ərazi araşdırmaları, herbari materialları və ədəbiyyat məlumatlarının öyrənilməsi əsasında Abşeron yarımadasının ərazisi üçün növ müxtəlifliyinin mövcud vəziyyəti əks etdirilir.  Kitabda bu günə qədər müəyyən edilmiş yerli flora və gətirilmə növlərin 676 növünün yayılması, fitosenotik məhdudlaşdırılması barədə məlumatlar var. Bəzi mədəniləşdirilmiş bitkilər də siyahıya salınıb və taksonomik şərhlər verilib. Həmçinin, geniş yayılmış evriotip növlərin Abşeron üzrə coğrafi paylanması, eləcə də, bir çox növlər üçün dəqiq yayılma yerləri və herbari akronimləri göstərilir. 

 

Kitab botaniklər, coğrafiyaçılar, təbiət elmləri fakültələrinin mütəxəssis və tələbələri, təbiəti qoruma sistemi işçiləri, həvəskar təbiətşünaslar üçün nəzərdə tutulub.

Xəbər lenti