Azərbaycan Dillər Universiteti (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutu Çinşünaslıq ixtisasına qəbul olan I kurs tələbələri ilə görüş keçirdib. ADU Konfutsi İnstitutunun direktoru, Rafiq Abbasov rəhbərlik etdiyi qurumun təhsil və maarifləndirmə fəaliyyəti barədə məlumat verərək, İpək Yolu İqtisadi Kəmərinin infrastrukturunun yaradılması və inkişafında, tarixi İpək Yolunun bərpasında Azərbaycanın geostrateji roluna həsr olunan tələbə-elmi seminarların keçirilməsinin əhəmiyyətini vurğulayıb. R.Abbasov sivilizasiyalararası dialoq, multikulturalizm və tolerantlığın təşviqi, enerji təhlükəsizliyi, nəqliyyat və digər sahələrdə Azərbaycan təcrübələrinin Çin ilə əməkdaşlıq üçün geniş perspektivlər yaratdığını qeyd edib. O, həmçinin Prezident İlham Əliyevin 2015-ci ildə Çinə dövlət səfərini, onun qədim İpək Yolu üzərində yerləşən Sian şəhərini ziyarət etdiyini xatırladıb.
Professor Böyük İpək Yolunun əsrlər boyunca müxtəlif xalqları bir araya gətirərək, fikir və bilik mübadiləsi, dil və mədəniyyətlərin qarşılıqlı zənginləşdirilməsini təmin etdiyini vurğulayıb. Bildirib ki, bir çox tədqiqatçılar İpək Yolu üzərində qədim abidələrin öyrənilməsi sayəsində arxeoloji və elmi kəşflər ediblər. Müxtəlif millətlərin və dövlətlərin Böyük İpək Yolu üzərində elmi və texnoloji əlaqələrinin tarixi və bu proseslərdə müsəlmanların rolu böyük maraq doğurub. Rafiq Abbasov İpək Yolu İqtisadi Kəmərinin infrastrukturunun yaradılması və inkişafında, tarixi İpək Yolunun bərpasında Azərbaycanın geostrateji roluna həsr olunan elmi seminarların keçirilməsinin əhəmiyyətini qeyd edib. O, həmçinin sivilizasiyalararası dialoq, multikulturalizm və tolerantlığın təşviqi, enerji təhlükəsizliyi, nəqliyyat və digər sahələrdə əməkdaşlığın geniş perspektivlərinin olduğunu qeyd edib.
R.Abbasov Prezident İlham Əliyevin 2015-ci ildə Çinə dövlət səfərini xatırladıb, çinli mütəxəssislərin iştirakı ilə Çinin “Bir kəmər – bir yol” konsepsiyasının reallaşdırılması mövzusunda birgə elmi araşdırmaların həyata keçirilməsində maraqlı olduqlarını vurğulayıb. R. Abbasov sentyabrın 27-dən etibarən Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi atəşə tutması nəticəsində 37 məktəbin dağıdılması, 3 məktəblinin həlak olması və bundan əlavə 15 məktəblinin yaralandığı Gəncə şəhərinin dinc əhalisinə qarşı törədilmiş vandalizm aktına qarşı hiddətli etirazını bildirib. Sonda ADU Konfutsi İnstitutunun Çin dilində hazırladığı, Prezident İlham Əliyevin hər iki ölkənin münasibətlərinin inkişafına verdiyi töhfəyə həsr olunan “İlham Əliyev – iki qədim xalqın dostluğunun müasir davamçısı” adlı və Azərbaycan dilində hazırladığı ÇXR-in sədri Si Cinpinin dövlət idarəçiliyinin müasir konsepsiyasına və Çin rəhbərliyinin siyasi strategiyasına həsr olunmuş çıxışlarının əsas tezislərindən ibarət kitablar hədiyyə edilib.