Logo

Tanınmış fotojurnalist Rza Diqqəti tələbələrlə görüşüb

09.06.2021 15:57 60 baxış

Təhsil Nazirliyinin təşkilatçılığı ilə məşhur fotojurnalist Rza Diqqəti ilə Azərbaycanda təhsil alan əcnəbi tələbələr, eyni zamanda xaricdə dövlət hesabına təhsil alan Azərbaycan vətəndaşları arasında onlayn görüş təşkil edilib. Görüşdə 100-ə yaxın tələbə iştirak edib. 

 

Görüşün təşkilində məqsəd Rza Diqqətinin 1992-ci illər, məcburi köçkünlük, 44 günlük Vətən müharibəsi və post-müharibə dövründə çəkdiyi fotolarla tanışlıq, müqayisəli təhlil barədə məlumatlandırma olub.

 

Görüşdə Rza Diqqəti çəkdiyi fotoları onlayn şəkildə təqdim edib və öz hekayələrini bölüşüb. 

 

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.

 

Vebinarın videoyazısı aşağıda təqdim edilir.

 

https://youtu.be/TXMQrJkjF6A

Xəbər lenti