Logo

Koronavirusa yoluxan şagirdlərin cəmi 25 faiz məktəbdə yoluxub - Nazir

16.10.2020 12:34 820 baxış
IMG

Gündəlik olaraq Təhsil Nazirliyində yoluxan müəllim və şagirdlər barədə statistika aparılır.

 

Bunu bu gün keçirilən brifinqdə təhsil naziri Emin Əmrullayev deyib.

 

O bildirib ki, nazirlik həmçinin bununla bağlı TƏBİB-dən də statistika əldə edir: “Bu günə qədər 636 şagird koronavirusa yoluxub. Bu şagirdlərin hamısı məktəbdə yoluxmayıb.

 

Cəmi 25 faiz şagird məktəbdə yoluxub. Digərləri ailələrində valideynləri xəstə olduğu üçün onlardan yoluxub. Bağlanmış siniflərin sayı artmağa başlayıb. Bir sinifdə 4-5 şagirdin yoluxması faktı qeydə alınmayıb”.

 

Nazir qeyd edib ki, sentyabrın 15-dən sonra müəllimlər arasında kütləvi yoluxmaya rast gəlinib: “Bakı, Sumqayıt və Abşerondakı məktəblərdə risk daha böyükdür. Amma bu o demək deyil ki, rayonlarda yoluxma yoxdur. Quba rayonunda bir məktəb ən tez bağlanan məktəblərdəndir. Harda yaşamağımızdan asılı olmayaraq diqqətli olmalıyıq. Çalışmalıyıq ki, özümüzü qoruyaq”.

 

E. Əmrullayev qeyd edib ki, oktyabrın 15-nə olan məlumata görə, 546 şagird, 186 müəllim və texniki işçilər koronavirusa yoluxub.

Xəbər lenti