Logo

Gömrük Akademiyasının rəisi "Enactus" komandası ilə görüşüb

09.06.2021 16:14 539 baxış
IMG

Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov Akademiyanın "Enactus" komandası ilə görüşüb.

 

O, komandanı “Enactus Azərbaycan” proqramı çərçivəsində Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları Ittifaqının (ATGTİ) tərəfdaşlığı ilə 17-18 aprel 2021-ci il tarixlərində 18 universitet arasında keçirilən “Enactus Azərbaycan Yaz Məktəbi”nin daxilində təşkil olunan onlayn milli çempionat üçün hazırladığı "KhariSell" layihəsi ilə 2-ci yeri qazanması münasibətilə təbrik edib. Tələbələrə Akademiyanı yaxşı təmsil etdikləri üçün təşəkkür edib və uğurlar arzulayıb.

 

Qeyd edək ki, Gömrük Akademiyasının komandası "KhariSell" adını xarıbülbüldən bəhrələnərək götürüb. Məqsəd qalib ölkənin vətəndaşı olaraq milli, mədəni sərvətlərin təbliği və tanıdılmasıdır. Layihə çərçivəsində Qarabağdan olan yaradıcı qadınlara xalça toxumaq öyrədiləcək və onların əl işlərinin satışı təşkil olunacaq. Bununla da, Qarabağ xalçalarının həm ölkədaxili, həm də xaricə satışı təşkil olunacaq ki, bu da mədəniyyətimizin təbliğinə imkan verəcək.

Xəbər lenti