Logo

ADNSU-da Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib

09.06.2021 17:12 77 baxış
IMG

İyunun 9-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Milli Qurtuluş Gününə həsr olunmuş onlayn tədbir keçirilib.

 

Dövlət himninin səslənməsi ilə başlayan tədbirdə ADNSU-nun rektoru, professor Mustafa Babanlı, Millət vəkili, tarix elmləri doktoru , professor Musa Qasımlı,  universitetin professor-müəllim heyəti və tələbələr iştirak ediblər.

 

ADNSU-nun rektoru, professor M.Babanlı 15 iyun-Milli Qurtuluş Gününün Azərbaycan tarixindəki əhəmiyyətindən danışaraq bildirib ki, o zaman qurtuluşun əsas missiyası müasir Azərbaycan dövlətini xaosdan, parçalanma təhlükəsindən və işğaldan qurtarıb inkişafını təmin etməklə şərtlənirdisə, ötən il 44 günlük müharibə və yenilməz ordumuzun şanlı qələbəsi əsl mahiyyətini göstərdi. Ulu öndər Heydər Əliyevin xilaskarlıq missiyasının Azərbaycan xalqı üçün illər ötdükcə daha da dəyərli olduğunu deyən rektor Mustafa Babanlı qurtuluşun ən uğurlu nəticələrindən birinin İlham Əliyev kimi uzaqgörən və qətiyyətli bir lideri Azərbaycana bəxş etməsi olduğunu vurğulayıb. Qeyd edib ki, bugünkü inkişaf etmiş Azərbaycanın, xalqımızın qazandığı bütün uğurların təməlinin məhz 1993-cü ildə Qurtuluşdan başlanması hər bir azarbaycanlıya məlumdur və ona görə də bu tarix hər zanman xalqımızın uğuru kimi yaddaşlarda yaşayacaq.

 

Millət vəkili Musa Qasımlı ümummilli lider Heydər Əliyevin ictima-siyasi fəaliyyəti dövründə hər zaman Azərbaycan xalqının maraqlarına, Azərbaycan dövlətinin inkişafına xidmət etdiyini deyib. O zaman Azərbaycanın düşdüyü vəziyyəti, baş verən hadisələri, faktları xronoloji ardıcıllıqla xatırlayan tarixçi alim Musa Qasımlı  ümummilli lider Heydər Əliyevin xalqın tələbi ilə 1993-cü ildə növbəti dəfə hakimiyyətə gəlişi ilə ölkəmizdə dövlət quruculuğu prosesinin yeni nümunəsininin yarandığını bildirib. O, əlavə edib ki, bu unudulmaz tarixdən başlayaraq müasir, demokratik və böyük güclərin hesablaşacağı sarsılmaz  müasir Azərbayacan dövlətinin əsası qoyulub, Azərbaycanın iqtisadi inkişafının təməl prinsipləri yaranıb.

 

Sonra ADNSU-nun Humanitar fənlər kafedrasının professoru Camal Mustafayev  Heydər Əliyevin zəngin fəaliyyətindən, Azərbaycanın müstəqillik qazanması və inkişafı naminə apardığı gərgin mücadilədən danışıb. Qeyd edib ki, ulu öndərin zəngin dövlətçilik təcrübəsi, nümunəvi vətəndaşlıq mövqeyi və xalqımız qarşısındakı xidmətlərini müəllim olaraq qürurla yeni nəsilə çatdırır.

Xəbər lenti