Logo

ADPU-nun 100 illik yubileyinə həsr olunmuş onlayn konfrans keçirilib

10.06.2021 10:43 1312 baxış
IMG

İyunun 4-də Bakı şəhəri Xəzər rayonu İ.Tağıyev adına 26 nömrəli tam orta məktəbin təşkilatçılığı ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) 100 illik yubileyinə həsr edilmiş onlayn konfrans keçirilib. 


Məktəbin ibtidai sinif müəllimi Könül Məmmədəliyevanın moderatorluğu ilə keçirilən konfransda ADPU-nun Tələbələrlə iş və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Turan Kərimli, Tədris Departamnetinin Məzun koordinasiya və karyera bölməsinin müdiri Könül Əsgərova, 26 nömrəli məktəbin direktoru Yaqut Məmmədova, təlim-tərbiyə işləri üzrə direktor müavini Olqa Əliyeva, məktəbin 40 nəfərdən çox əməkdaşı, ADPU-nun müəllim və tələbələri iştirak edib.


Tədbirdə çıxış edən T.Kərimli və K.Əsgərova bu konfransın orta məktəb və universitet arasında əməkdaşlığın inkişafına əhəmiyyətli tövhə olduğunu bildirərək Pedaqoji Universitetin 100 illiyinə göstərilən diqqətə görə təşəkkür ediblər.  
26 nömrəli məktəbin direktoru Y.Məmmədova universitet haqqında öz təəssüratlarını bölüşərək özünün və hazırda tədbirdə iştrak edən müəllimlərin də ADPU-nun məzunu olduqlarını bildirib.


Daha sonra məktəbin müəllimlərindən rus və azərbaycanca çıxışlar edənlər ADPU-nun zəngin tarixi, çoxminlik məzunlarının uğurları, ölkədə ümumtəhsilin inkişafındakı müstəsna rolundan söz açıblar.

Xəbər lenti