2020-2021-ci tədris ili ərzində Bakı məktəbliləri idman sahəsində də ciddi nailiyyətlərə imza atıblar.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Tehsil.biz-ə verilən məlumata görə, paytaxt məktəbliləri idmanın müxtəlif növləri üzrə beynəlxalq və respublika yarışlarında 112 qızıl, 89 gümüş, 97 bürünc olmaqla, ümumilikdə 298 medal əldə ediblər.