Logo

BDU-da “Qurtuluş Gününün fəlsəfəsi” mövzusunda tədbir keçirilib

10.06.2021 14:29 420 baxış
IMG

Bakı Dövlət Universitetində (BDU) Kitabxanaçılıq-informasiya fakültəsinin təşkilatçılığı ilə 15 iyun - Milli Qurtuluş Gününə həsr olunmuş elmi-praktik tədbir keçirilib. Professor-müəllim heyətinin, tələbələrin və qonaqların iştirakı ilə keçirilən tədbirdə əvvəlcə Qurtuluş Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib.

 

Sonra Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri, Əməkdar elm xadimi, professor Şahlar Əsgərov “Qurtuluş Gününün fəlsəfəsi” mövzusunda məruzə edib. Professor Ş.Əsgərov məruzəsində bildirib ki, Ulu Öndər Heydər Əli­yev 1993-cü ilin iyun ayı­nın 9-da Ba­kı­ya qa­yı­dar­kən öl­kə­də gərginlik, siyasi-hərbi qar­şı­dur­ma son həd­də çat­mış­dı. Qa­ra­bağ mü­ha­ri­bə­si gün­dən-gü­nə alov­la­nır, tarixi torpaqlarımız bir-birinin ardıca işğal altına düşürdü. Bu ağır günlərdə xalqın gü­vənc ye­ri­ Ulu Öndər Hey­dər Əli­ye­vin Ba­kı­ya qa­yı­dı­şı ol­du. Ş.Əsgərov vurgulayıb ki, bugünkü qalib, ərazi bütövlüyünü təmin etmiş Azərbaycanın uğurları məhz 15 iyun 1993-cü ildən başladı. Bu tarixi günün sayəsində döv­lət çev­riliş­lə­ri ənə­nə­si­nə son qoy­uldu, stabillik təmin edildi, Azər­bay­ca­n in­ves­ti­si­ya yö­nüm­lü döv­lə­tə çe­vrildi, dost ol­ma­yan döv­lət­lə­rin möv­qe­yi­ bi­zim xey­ri­mi­zə də­yiş­di, ye­ni iş yer­lə­ri­nin açıl­ma­sı­na şə­ra­it ya­randı və beləliklə də ölkəmiz sürətli inkişaf mərhələsinə qədəm qoydu. Şahlar Əsgərov 2021-ci ildə ilk dəfə olaraq Milli Qurtuluş Gününün torpaqlarımızın azadlığı, Azərbaycanın ərazi bütövlüyünün təmin olunduğu bir şəraitdə keçirilidiyini də diqqətə çatıdırb. Qeyd edib ki, Azər­bay­can Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İl­ham Əli­yev XXI əsr­də mü­ha­ri­bə apar­ma­ğın fəl­sə­fə­si­ni də­yiş­di, ölkəmiz Vətən Müharibəsində parlaq qələbə qazandı. Qələ­bə regionda yeni reallıqlar yaratdı. Bu möh­tə­şəm qə­lə­bə­nin mü­əl­li­fi Azər­bay­can Ordu­su və onun Ali Baş Ko­man­da­nı İl­ham Hey­dər oğ­lu Əli­yev­dir.

 

Professorun məruzəsi auditoriya tərəfindən maraqla dinlənilib, çıxış edənlər - fakültə dekanı vəzifəsini icra edən Ələmdar Cabbarlı, kafedra müdirləri Elçin Əhmədov, Nadir İsmayılov, Knyaz Aslan, dosent Rəşad Qardaşov Milli Qurtuluş Gününün Azərbaycan xalqının taleyindəki həlledici əhəmiyyətindən bəhs ediblər, yüksək akademik səviyyəsi ilə seçilən məruzə barədə fikirlərini bildiriblər.

Xəbər lenti