Logo

MİQ-lə bağlı sənəd qəbulu sabah başa çatır

10.06.2021 14:30 74 baxış
IMG

İyunun 11-də Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə elektron sənəd qəbulu prosesi yekunlaşacaq. Namizədlər 11 iyun saat 23:59-dək miq.edu.az saytına daxil olaraq qeydiyyatdan keçə bilərlər.

 

Müsabiqədə ali və orta ixtisas təhsili müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirmiş, dövlət nümunəli təhsil sənədi (diplom) almış və ya xarici ölkədə aldığı ali təhsil haqqında sənədi tanınmış Azərbaycan Respublikasının vətəndaşları və ya Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə verilmiş şəxslər iştirak edə bilərlər. Eyni zamanda, müsabiqədə orta ixtisas və ali təhsil müəssisələrində pedaqoji ixtisaslar üzrə təhsil alan sonuncu kurs tələbələri iştirak edə bilərlər.

 

Test imtahanı mərhələsində iştirak edəcək şəxslərdən COVID-19 peyvəndi ilə bağlı sənəd tələb olunmayacaq. Müsabiqənin növbəti mərhələlərində sözügedən sənəd tələb olunacağı təqdirdə namizədlərə əvvəlcədən məlumat veriləcək.

 

Qeyd edək ki, Təhsil Nazirliyi tərəfindən müəllimlərin işə qəbulu üzrə müsabiqəyə dair vətəndaş müraciətlərinin cavablandırılması üçün aşağıdakı xidmətlər təqdim edilir:

 

- Çağrı Mərkəzi: “146-1” nömrəsi (həftənin iş günləri və saatları);

 

- "Whatsapp nömrə": (+994) 51 206 78 48 (həftənin iş günləri və saatları);

 

- İnsan Resurları Mərkəzi: Tel: (+994) 12 430 52 78   E-mail: [email protected].

 

Müsabiqə ilə bağlı daha ətraflı məlumatı aşağıda təqdim edilən sual-cavab faylından əldə edə bilərsiniz.

 

Müəllimlərin işə qəbulu üzrə müsabiqəyə dair suallar və onların cavabları

Xəbər lenti