Logo

Bakı Slavyan Universitetindən Azərbaycan Ordusuna növbəti dəstək

16.10.2020 16:41 669 baxış
IMG

Bakı Slavyan Universitetinin (BSU) Mətbuat və informasiya şöbəsindən verilən məlumata görə, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, partiyanın Qadınlar Şurasının sədri, BSU-nun rektoru, professor Nurlana Əliyevanın tövsiyəsinə və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin Rəyasət Heyətinin müvafiq qərarına əsasən, bu ali təhsil müəssisəsinin Həmkarlar İttifaqı Komitəsi ordumuza dəstək məqsədilə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna oktyabrın 16-da 2 min manat vəsait köçürüb. Qeyd etmək lazımdır ki, BSU oktyabr ayının 2-də də Silahlı Qüvvələrə Yardım Fonduna 20 min manat  vəsait köçürüb.

 

Xüsusi vurğulamaq istəyirik ki, BSU-nun rəhbərliyi, professor-müəllim heyəti və tələbə kollektivi Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri, Silahlı Qüvvələrin Ali Baş Komandanı möhtərəm cənab İlham Əliyevin rəhbərliyi ilə igid əsgər və zabitlərimizin tezliklə işğal altında olan bütün torpaqlarımızı azad edəcəklərinə əmin olduğunu bildirir və şanlı ordumuza yeni qələbələr arzulayır. Yaşasın qəhrəman Azərbaycan Ordusu! Qarabağ Azərbaycandır!

 

Xəbər lenti