Logo

Milli-siyasi iradədən hərbi qüdrətə doğru

16.10.2020 16:56 1153 baxış
IMG

Bu günlərdə polad iradəli Azərbaycan ordusu sözün əsl mənasında şərəfli tarix yazır. Hər kəsə məlumdur ki, tarixən mənfur düşmənimizin bizə qarşı eksponsionist mövqeyi bizim üçün hər zaman ağır nəticələrlə yadda qalıb. Təkcə son iki əsrdə baş verən tarixi hadisələrə nəzər salsaq, bütün bunları aydın görə bilərik. Tarixi torpaqlarımızın bölüşdürülməsindən tutmuş, xalqımıza qarşı törədilən ötən əsrin əvvəllindəki soyqırımlara, azərbaycanlıların öz etnik torpaqlarından deportasiyasına, əsrin sonunudakı Qarabağ müharibəsinə, o cümlədən silahsız xalqa qarşı terrora qədər bütün prosseslər buna nümunədir.

 

Bu gün isə Azərbaycan artıq hansısa münaqişənin zəif tərəfi olan və ya hansısa qlobal gücün protektoratı olan bir dövlət deyil. Bunun da bariz nümunəsi qüdrətli respublikamızın hazırda dünyada öz mövqeyini istənilən siyasi və hərbi güc qarşısında istənilən səviyyədə və formada bəyan edə bilən bir dövlətə çevrilməsidir. Bu fikir bu gün gedən döyüşlərdə bir daha öz əsasını tapdı. Bu isə təbii ki, ölkə başçımızın siyasi mövqeyindən asılıdır. Hələ müharibə başlamamış beynəlxalq ictimaiyyət qarşısında Ali Baş Komandan düşməni təkbaşına məğlub etməyi bacarıb. Bu müharibə ilə də ordumuz döyüş meydanında düşməni yerinə oturda bilib. Ümumilikdə bu müharibə xalqın milli birliyini daha da gücləndirib. Cənab Prezdentin xalqa ilk müraciətindən sonra Azərbaycan xalqı bu yolda səfərbərdir. Çünki xalq öz rəhbərinə inanır və düşüncəsindən asılı olmayaraq bütün vətənsevərlər bu yolda birləşib. Bu ilkin formada elə ölkədə fəaliyyət göstərən 52 siyasi partiyidan 50-sinin siyasi bəyənatında öz əksini tapdı. Şübhəsiz ki, bu, belə də olmalı idi. Bütün müsahibələrdə, xarici görüşlərdə gülünc vəziyyətə düşən Ermənistan rəhbərindən fərqli olaraq cənab Prezidentin səsləndirdiyi bütün fikirlər bilavasitə ölkəmizin beynəlxalq nüfuzuna müsbət təsir etdi. Bütün çıxışlarda və çağırışlarda ölkə başçımızın siyasi mövqeyindəki qətiyyət açıq şəkildə hiss olunmaqdadır və dünyanın hər yerindən bu bəyənatlar maraqla izlənir.

 

Ordumuzun uğurlu döyüş əməliyyatları indi də davam edir və ciddi uğurlarımız var. Ali Baş Komandanın son müraciətini eşitdikdən sonra Ermənistan siyasi hakimiyyəti təşviş içindədir. Düşmənin mülki əhalini atəşə tutmasına baxmayaraq xalqımız heç nədən qorxmur, çəkinmir. Gənclərimiz də həm döyüş meydanında, həm də informasiya müharibəsində düşməni məhv edir. Şübhəsiz ki, Yeni Azərbaycan Partiyasının gəncləri də hər iki cəbhədə ön sıralarda addımlayır və partiyamızın hər bir gənci üçün torpaqlarımızın azadlığı uğrunda mübarizənin bir parçası olmaq qürurdur, şərəfdir.

 

Yaşasın, şanlı vətənimiz! Qarabağ Azərbaycandır!

 

Əli Babazadə,

BDU-nun Tarix fakültəsinin tələbəsi

Xəbər lenti