Logo

UNEC əməkdaşlarına dövlət təltifləri təqdim edilib

10.06.2021 16:35 432 baxış
IMG

İyunun 10-da Təhsil Nazirliyində Prezident İlham Əliyevin sərəncamlarına əsasən, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) 90 illiyi münasibətilə və Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə, bu ali təhsil müəssisəsinin təltif olunan əməkdaşlarına dövlət təltiflərinin təqdimetmə mərasimi keçirilib.

 

Mərasimdə çıxış edən təhsil naziri Emin Əmrullayev Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə UNEC-in professor-müəllim heyətinin böyük bir qrupunu  yüksək dövlət mükafatlarına layiq görülməsi münasibəti ilə təbrik  edib.  Emin Əmrullayev UNEC-in ölkəmizdə elmin, təhsilin inkişafında müstəsna xidmətlərini diqqətə çatdırıb.

 

Nazir sonda UNEC əməkdaşlarına  gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

 

Daha sonra universitetin əməkdaşlarına 90 illik münasibətlə və Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə dövlət təltifləri təqdim olunub.

Xəbər lenti