Logo

Qafqazşünaslıq İnstitutunda Milli Qurtuluş Gününə həsr olunan dəyirmi masa təşkil olunub

10.06.2021 16:36 231 baxış
IMG

İyunun 10-da Qafqazşünaslıq İnstitutunda 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş dəyirmi masa keçirilib.

 

İnstitutdan bildirilib ki, müəssisənin rəhbəri AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı Milli Qurtuluş Gününün Azərbaycanın müasir tarixinin ən əhəmiyyətli günlərindən biri olduğunu qeyd edib. O diqqətə çatdırıb ki, ulu öndər Heydər Əliyevin 1993-cü ildəki tarixi qayıdışı ölkəni anarxiyadan və dağılmaqdan xilas etdi.

 

Sonra İnstitutun şöbə müdirləri tarix elmləri doktoru Qasım Hacıyev, dosentlər Vahid Ömərov, Elnur Kəlbizadə, Günel Musayeva, Samirə Həbibbəyli, Gənc Alim və Mütəxəssislər Şurasının sədri Günay Feyziyeva, Həmkarlar Təşkilatının sədri Yeganə Baxşıyeva çıxışlarında ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ölkənin bəlalardan xilas olaraq inkişaf yoluna qədəm qoyduğunu, respublikada mühüm siyasi və iqtisadi islahatların həyata keçirildiyini qeyd ediblər. Yeni neft strategiyasının reallaşdırıldığını, ordu quruculuğu prosesinə başlanıldığını, cəmiyyətin sosial-iqtisadi inkişafı üçün əsasların yaradıldığını diqqətə çatdırıblar.

Xəbər lenti