Logo

Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbələri fəxri diplomla təltif olunublar

10.06.2021 16:43 407 baxış
IMG

“Qorqud” Vikipediya Metodik Klubunun növbəti diplomlarına Azərbaycan Dövlət Pedaqoji Universiteti Təhsil Könüllüləri İctimai Birliyinin könüllüləri layiq görülüblər.

 

Bu barədə“Vikipediya” üzrə mütəxəssis, diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk məlumat verib. O bildirib ki, “Qorqud” Vikipediya Metodik Klubu yarandığı 6 ay ərzində “Vikipediya” təlimlərini xüsusi diqqətdə saxlayır. Klub tərəfindən bir sıra qruplara uğurlu təlimlər keçirilib: “Azərbaycan Dövlət Pedaqoji Universiteti Təhsil Könüllüləri İctimai Birliyinin könüllüləri də təlimlərdə fəal iştirak edirlər. Onlardan İntiqam Mərdanlı, Aslan Heybətov və Elmira Poladova klubun təşəbbüskarı Milli Məclisin deputatı Elnur Allahverdiyev tərəfindən fəxri diploma layiq görülüb”.

 

Sevindirici haldır ki, gənclər arasında “Vikipediya”ya maraq artır və könüllü qruplar təlimlərə qoşulurlar. Artıq gənclər arasında Azərbaycan həqiqətlərinin çatdırılması istiqamətində könüllü vətənpərvər qruplar yaranır.

 

Qeyd edək ki, Azərbaycan Dövlət Pedaqoji Universiteti Təhsil Könüllüləri İctimai Birliyi “Qorqud” Vikipediya Metodik Klubu ilə birgə bu ali məktəbin tələbələri üçün onlayn praktik vikipediya təlim kursu – “VİKİADPU” keçirib.

Xəbər lenti