Logo

Buraxılış və qəbul imtahanlarının məzmunu ilə bağlı fənlər üzrə işçi qrupları yaradılmışdır

16 Октября 162 baxış
IMG

Buraxılış və qəbul imtahanlarının məzmunu ilə bağlı materialların hazırlanması ilə əlaqədar olaraq fənlər üzrə işçi qrupları yaradılmışdır.

 

Dövlət İmtahan Mərkəzində koronavirus (COVID-19) pandemiyası ilə bağlı ölkədə tətbiq edilən xüsusi karantin rejimi nəzərə alınaraq, 2020/2021-ci tədris ilində elmi-metodiki seminarlar keçirilməyəcək. Buraxılış və qəbul imtahanlarının məzmunu ilə bağlı materialların hazırlanması ilə əlaqədar olaraq fənlər üzrə işçi qrupları yaradılmışdır. İş planına uyğun olaraq müzakirə ediləcək məsələlər barədə saytda və “Dərslik portalı”nda (derslik.edu.az) mütəmadi məlumat veriləcək. Müzakirə ediləcək məsələlər haqqında təkliflər “Dərslik portalı”na göndərilə bilər.

 

Fənlər üzrə işçi qruplarının iş planı

1. Buraxılış imtahanları, hərbi liseylərə və ali təhsil müəssisələrinə qəbul imtahanlarının proqramlarının hazırlanması və müzakirəsi;

2. İmtahanlarda istifadə olunmuş tapşırıqların elmi-metodiki təhlili;

3. İmtahanlarda ayrı-ayrı fənlər üzrə zəif cavablandırılan tapşırıqların izahlarına dair metodiki tövsiyələrin hazırlanması;

4. İmtahanlar üçün yeni modellərin hazırlanması və müzakirəsi;

5. İmtahanlara hazırlaşanlar, şagirdlər və müəllimlər üçün vəsaitlərin, siniflər üzrə qiymətləndirmə vasitələri kitabçalarının təkmilləşdirilməsi üzrə müzakirələr;

6. Ümumi təhsili həyata keçirən təhsil müəssisələrində istifadədə olan dərsliklərin elmi-metodiki monitorinqi üzrə müzakirələr.

İşçi qrupların fənlər üzrə siyahısı

1. Azərbaycan dili və ədəbiyyat

2. Azərbaycan dili (tədris digər dillərdə olan məktəblər üçün)

3. Rus dili (Azərbaycan bölməsində əsas xarici dil kimi)

4. Rus dili (tədris dili kimi) və ədəbiyyat

5. Riyaziyyat

6. Fizika

7. Kimya

8. Tarix

9. Biologiya

10. Coğrafiya

11. İngilis dili

12. Alman dili

13. Fransız dili

14. Ərəb dili

15. Fars dili

Xəbər lenti