Logo

Emin Əmrullayev: "Bu il XI sinfi 84 mindən çox, IX sinfi isə 131 mindən çox şagird bitirir"

10.06.2021 19:46 232 baxış
IMG

“Ağır bir tədris ilini başa vurmaq üzrəyik, amma təsirlərini uzun müddət aradan qaldırmalı olacağıq”.

 

Tehsil.biz-in məlumatına görə, bunu təhsil naziri Emin Əmrullayev “Facebook” səhifəsindəki canlı yayımda bildirib.

 

Nazirin sözlərinə görə, bu il ümumtəhsil müəssisələrinin XI sinfini 84 mindən çox, IX sinfi isə 131 mindən çox şagird bitirir:

 

"Bu il 160 mindən artıq I sinif şagirdi üçün də fərqli il oldu, onlar da bu dərs ilini yarı distant, yarı hibrid bitirirlər”.

Xəbər lenti