Logo

Bakı Ali Neft Məktəbinin tələbəsi Qarabağ mövzusunda debatın qalibi olub

11.06.2021 14:30 856 baxış
IMG

Bakı Ali Neft Məktəbinin tələbəsi Fidan Cəbrayılova Vətəndaş Cəmiyyətində Debat IB tərəfindən Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin və Böyük Qayıdış Gənclər Təşkilatının tərəfdaşlığı ilə keçirilən "De-Qayıdış" debat müsabiqəsində VI yeri tutub. O 100-dən çox gənc arasından ən yaxşı natiq seçilib. 

 

F.Cəbrayılova Qubadlını təmsil edərək natiqlik bacarıqlarına yiyələnib. O  komanda yoldaşı Toğrul Qiyaslı ilə 20 komanda arasından yarımfinal mərhələsinə vəsiqə qazanıb. 


"De-qayıdış" debat müsabiqəsi çərçivəsində iştirakşıların natiqlik bacarıqlarının artırılması, debat metodologiyası öyrənilməsi istiqamətində Milli Debat Proqramı tərəfindən 4 günlük onlayn təlimlər keçirilib. Növbəti mərhələdə isə Qarabağ gənclərinin mövzunun öyrənilməsi və düzgün çıxışın qurulması üçün təcrübəli natiq və ekspertlərlə görüşləri baş tutub. 

 

Sonda Qarabağ gəncləri debat arenasında natiqlik bacarıqlarını nümayiş etdirib.  

Xəbər lenti