Logo

Ali və orta ixtisas təhsili müəssisələrinin müəllimləri üçün seminarlar

11.06.2021 20:27 376 baxış
IMG

10 və 11 iyun tarixlərində ali və orta ixtisas təhsili müəssisələrinin professor-müəllim heyəti üçün onlayn seminarlar keçirilib.

 

Seminarlar Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin dəstəyi və Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin təşkilatçılığı ilə baş tutub.

 

Seminarlarda ali və orta ixtisas təhsili müəssisələrində çalışan 350-ə yaxın professor-müəllim heyətinin üzvü iştirak edib. Seminarda distant təhsilin təşkili üçün “Microsoft Teams” platformasının yaratdığı imkanlar və yeniliklər müəllimlərin diqqətinə çatdırılıb.

Xəbər lenti