Logo

BDU-da imtahan sessiyasının ilk həftəsi başa çatıb

11.06.2021 21:14 389 baxış
IMG

İyunun 7-dən etibarən Bakı Dövlət Universitetində (BDU) 2020-2021-ci tədris ilinin yaz semestrinin yay imtahan sessiyası başlayıb.

 

Sessiya 02 iyul 2021-ci il tarixinə qədər gün ərzində 2 növbədə onlayn (məsafədən) davam edəcək.


Bu gün 358 qrup üzrə 7372 tələbə imtahan verib. BDU-nun Qazax filialında isə 376 tələbə imtahanlarda iştirak edib. Magistratura səviyyəsində 76 ixtisaslaşmada 65 fənn üzrə 279 nəfər imtahan verib. İmtahan prosesində heç bir neqativ hal müşahidə edilməyib.


İmtahanları BDU rəhbərliyi, dekanlar, kafedra müdirləri və Tələbə Nəzarət Qrupunun üzvləri müşahidə edir.


Qeyd edək ki, İmtahan sessiyasının təşkili və həyata keçirilməsi ilə bağlı İmtahan Qərargahı və Qaynar xətt yaradılıb. Qərargaha daxil olan hər bir şikayətin operativ araşdırılması məqsədilə Qərargahın nəzdində Apelyasiya Komissiyası fəaliyyət göstərir.

Xəbər lenti