Logo

DİM ETS Global və EducationUSA ilə birgə TOEFL iBT® və GRE® imtahanları barədə məlumat sessiyasına qeydiyyat elan edir

12.06.2021 11:59 386 baxış
IMG

Dövlət İmtahan Mərkəzi (DİM) ETS Global təşkilatı və EducationUSA ilə birgə TOEFL iBT® Test and GRE® General Test barədə 22 iyun 2021-ci il saat 18:00-da Zoom platforması üzərindən ingilis dilində məlumat sessiyası keçirəcək.

 

The TOEFL iBT® (Test of English as a Foreign Language) ingilis dili səviyyəsini qiymətləndirən beynəlxalq imtahanlardan biri olmaqla namizədin ingilis dilini akademik səviyyədə necə anladığını və ünsiyyətdə olma bacarıqlarını qiymətləndirir. GRE (Graduate Record Examinations) imtahanı isə dünyanın bir çox ali təhsil müəssisələrində magistr, MBA, doktorantura təhsili almaq üçün tələb olunur və təqaüdlərin verilməsi zamanı diqqət yetirilən göstəricilərdən biridir.

 

DİM ETS -in (Educational Testing Service - Təhsildə Qiymətləndirmə Xidməti) rəsmi test mərkəzi olaraq son vaxtlarda tələbələrin bu imtahanlara göstərdiyi istək və tələblərini nəzərə alaraq ETS Global təşkilatı və EducationUSA ilə birlikdə məlumat sessiyası təşkil edir.

 

Tədbirin spikeri ETS Global təşkilatının nümayəndəsi Yasemin Arşin sessiya ərzində TOEFL iBT® və GRE® imtahanlarından uğurla keçmək üçün məsləhət verəcək, tələbələri imtahana ödənişsiz hazırlıq resursları, nümunə test sualları ilə tanış edəcək və eyni zamanda sessiyanın sonunda iştirakçıların suallarını cavablandıracaq.

 

Sessiya onlayn Zoom platforması üzərindən ingilis dilində keçiriləcək. Tədbirdə iştirak etmək istəyən şəxslər keçiddən istifadə edərək qeydiyyatdan keçməlidirlər. Qeydiyyat linki 21 iyun tarixinədək aktiv olacaq. Sessiyaya qoşulmaq üçün Zoom linki sizə email vasitəsilə tədbirdən bir gün öncə göndəriləcək.

 

DİM-in keçirdiyi digər beynəlxalq imtahanlarla bağlı keçiddən istifadə edərək ətraflı məlumat əldə edə bilərsiniz.

Xəbər lenti