Logo

Məktəblimiz Tokio Yay Olimpiya Oyunlarına vəsiqə qazanıb

12.06.2021 12:33 445 baxış
IMG

“Təhsil” Respublika İdman Mərkəzinin ağır atletika idman növü üzrə yığma komandasının üzvü Əliş Nəzərov lisenziya xalı verən 6 beynəlxalq yarışda göstərdiyi yüksək nəticələrə əsasən Tokio Yay Olimpiya Oyunlarına vəsiqə qazanıb.

 

Tehsil.biz xəbər verir ki, Əliş Nəzərov “Təhsil” Respublika İdman Mərkəzinin 1 nömrəli Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin yetirməsidir. Əliş Nəzərov eyni zamanda bu idman növü üzrə ən gənc beynəlxalq dərəcəli hakimdir.

Xəbər lenti