Logo

“Məktəbəqədər təhsil kurikulumu” adlı onlayn təlim keçirilib

13.06.2021 15:55 952 baxış
IMG

05-09 iyun tarixlərində Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Beynəlxalq əlaqələr üzrə prorektorluğunun nəzdində Təlim-tədris mərkəzi tərəfindən "Zoom" proqramı vasitəsilə “Məktəbəqədər təhsil kurikulumu” adlı 36 saatlıq təlim keçirilib. 


Məktəbəqədər təhsilin məzmunu  (yerli və beynəlxalq səviyydə), məktəbəqədər təhsil strategiyaları (yerli və beynəlxalq səviyyədə), məktəbəqədər təhsil üzrə standartlarla iş, beynəlxalq təcrübə istiqamətlərini əhatə edən təlim beynəlxalq təlimçi Svetlana Mustafayeva və Məktəbəqədər təhsilin pedaqogikası kafedrasının baş müəllimi, təlimçi Xalidə Həmidova tərəfindən interaktiv formada müdavimlərə çatdırılıb.


Təlim kursunu müvəffəqiyyətlə bitirən iştirakçılara rəsmi sertifikat təqdim olunub.

Xəbər lenti