Logo

NASA: Marsda həyat izi tapmaq şansı artır

18.10.2020 16:30 597 baxış
IMG

ABŞ-ın Aeronavtika və Kosmik Sahənin tədqiqatı üzrə Milli İdarəsinin (NASA) direktoru Cim Braydenstayn hesab edir ki, son kəşfləri nəzərə alaraq, Marsda həyat izlərinin aşkar edilməsi ehtimalı böyüyür.

 

Tehsil.biz  TASS-a istinadən xəbər verir ki,  Braydenstayn təsdiq edib ki, hələ Marsda həyatın mövcudluğuna dair faktlar aşkar olunmayıb. "Biz hələ bunu etmədik. Amma bununla bağlı ehtimal böyüməyə davam edir. Biz nə qədər çox axtarsaq, o qədər daha çox biləcəyik. Hesab edirik ki, keçmişdə Marsda həyatın mövcudluğu üçün elementlər olub", - o qeyd edib.

 

Braydenstayn xatırladıb ki, daha əvvəl Qırmızı planetdə su maye vəziyyətdə tapılıb. Bundan başqa, alimlər bu nəticəyə gəliblər ki, Marsda orqanik maddələrin molekulları var.

Xəbər lenti