Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən dövlət qulluğu vəzifələrinin B növünə aid olan BA və BB qruplarına uyğun vəzifələr üzrə test imtahanı iyunun 20-də keçiriləcək.
DİM-dən bildirilib ki, imtahanda iştirak etmək üçün qeydiyyat mayın 17-dən iyunun 10-dək aparılıb. 1943 namizəd (BA - 552, BB - 1391) qeydiyyatdan keçib.
İmtahan Bakı şəhərində kağız daşıyıcılar vasitəsilə keçiriləcək. İmtahanın yeri və vaxtı namizədin buraxılış vərəqəsində göstəriləcək.