Logo

Məzun: Məktəbdə öyrəndiklərim arzularıma gedən yolda mənə mayak olacaq

14.06.2021 11:54 367 baxış
IMG

Bu gün mənim üçün həm sevindirici, həm də kədərli gündür. On bir il təhsil aldığım məktəbdən, bizə bilik verən müəllimlərimizdən, sinif yoldaşlarımızdan ayrılırıq.

 

Tehsil.biz xəbər verir ki, bu fikri AZƏRTAC-a müsahibəsində 220 nömrəli məktəb-liseyin 11-ci sinif şagirdi Gültac Məmmədli deyib. O, 11 ildə əldə etdikləri bilik və bacarıqların gələcək həyatında ona uğurlar gətirəcəyinə əminliyini ifadə edib. “İnanıram ki, müəllimlərimin və valideynlərimin ümidlərini doğruldacağam. Məktəbdə öyrəndiklərim arzularıma gedən yolda mənə mayak olacaq”, - deyə Gültac Məmmədli qeyd edib.

 

Xatırladaq ki, 2020-2021-ci tədris ilində respublikanın ümumi təhsil məktəblərinin XI siniflərini 84 min 69 nəfər şagird bitirir. Onlardan 38 min 461 nəfəri qız, 45 min 608 nəfəri oğlandır. Tədris ilində respublika üzrə ümumtəhsil məktəbində fəaliyyət göstərən 6 110 məktəbəhazırlıq qrupunu 106 min 580 nəfər uşaq başa vurub.

 

2021-2022-ci tədris ilində respublika üzrə 158 min 608 uşağın I sinifdə təhsil alacağı proqnozlaşdırılır.

Xəbər lenti