Logo

Xaricdə təhsil alanların kvalifikasiyalarının tanınması əməyin ödəniş dərəcəsi müəyyənləşdirilərkən nəzərə alınacaq

14.06.2021 11:56 533 baxış
IMG

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının qərarı ilə “Elm və elmi xidmət sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”na dəyişiklik edilib.

 

APA-nın məlumatına görə, elm və elmi xidmət sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası elm və elmi xidmət sahəsinə aid edilən qulluqçu vəzifələrində çalışan işçilərin əmək funksiyalarının və əməyinin ödəniş dərəcələrinin müəyyən edilməsində, onların hüquq və vəzifələrini əks etdirən vəzifə təlimatlarının işlənilməsində, peşəkarlıq səviyyəsindən asılı olaraq onların işə qəbulu və vəzifədə irəli çəkilməsi və məşğulluğunun səmərəli təmin edilməsində, attestasiyasının keçirilməsində və əmək müqavilələrinin (kontraktlarının) bağlanılmasında əsas normativ hüquqi akt olaraq tətbiq edilir.

 

Dəyişikliyə əsasən, bundan sonra Kitabça tətbiq edilərkən xarici dövlətdə təhsil almış mütəxəssislərin həmin dövlətdəki ali təhsilə aid kvalifikasiyalarının tanınması əməyin ödəniş dərəcəsi müəyyənləşdirilərkən nəzərə alınacaq.

Xəbər lenti