Logo

Naxçıvan Müəllimlər İnstitutunda onlayn seminar

24.09.2020 15:06 545 baxış

Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin təşkilatçılığı ilə Naxçıvan Müəllimlər İnstitutunun Təsviri incəsənət müəllimliyi ixtisasının tələbələri üçün “Hami təşkilatların vacibliyi və müsbət təsiri” mövzusunda onlayn seminar-diskussiya keçirilib.

İnstitutun  rektoru, pedaqogika üzrə fəlsəfə doktoru Azad Novruzov hami təşkilatla birgə keçirilən seminarların əhəmiyyətindən danışıb. Təsviri incəsənət müəllimliyi ixtisasının tələbələri üçün təşkil olunan tədbirlərin önəmini vurğulayan rektor bildirib ki, hamilik çərçivəsində görülən işlər müvafiq ixtisaslarda təhsil alan tələbələr üçün geniş imkanlar açır.

Seminarda  Əməkdar rəssam, Naxçıvan  Rəssamlar Birliyinin sədri Ülviyyə Həmzəyeva çıxış edərək, birgə əməkdaşlığın önəmini qeyd edib. O, istedadlı tələbələrin B.Kəngərli adına sərgi salonunda fərdi və qarışıq sərgilərinin  təşkil olunduğunu, ustad dərslərin keçirildiyini,  tələbələrin festival və müsabiqələrə dəvət olunaraq yüksək nəticələr qazandığını bildirib.

Onlayn seminarda, həmçinin müəllim və tələbələrin təklifləri dinlənilib.

Xəbər lenti