Logo

“Qarabağ geyimləri” adlı sərgi istifadəçilərə təqdim edilib

19.10.2020 11:27 570 baxış
IMG

Azərbaycanın milli geyimləri uzun sürən və çox mürəkkəb inkişaf yolu keçmiş olan xalq maddi və mənəvi mədəniyyətinin nəticəsidir. Xalqın tarixi ilə möhkəm bağlı olan geyimlər, onun mədəniyyətini öyrənmək üçün qiymətli mənbələrdən biridir.

 

Azərbaycan xalqının etnik tarixi, xalq yaradıcılığının bədii xüsusiyyətləri, onların müxtəlif halda formalaşmaları, bədii bəzək naxışları, toxuculuq xalq geyimində öz əksini tapmışdır.

 

Tehsil.biz xəbər verir ki, M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “Qarabağ geyimləri” adlı virtual sərgi hazırlanıb.

 

Virtual sərgidə Azərbaycanın Qarabağ tarixi-etnoqrafik bölgəsi əhalisinin geyim mədəniyyəti, onun təsnifatı, əyani-vizual görüntüləri və qısa tarixi öz əksini tapıb. Burada xalq geyimlərinin ayrılmaz tərkib hissəsi olan və geyimləri tamamlayan bəzək elementləri (zərgərlik nümunələri) də təqdim olunub.

 

Virtual sərgi ilə tanış olmaq istəyənlər  http://anl.az/el/vsb/Garabag_geyimleri/index.htm  linkindən istifadə edə bilərlər.

 

Xəbər lenti