Logo

ATU-nun müəllimi Astana Tibb Universitetinin tələbələrinə dərs keçib

14.06.2021 15:16 807 baxış
IMG

Azərbaycan Tibb Universitetinin Tibbi və bioloji fizika kafedrasının müəllimi Niyazi Hacızadə Astana Tibb Universitetinin tələbələri üçün onlayn mühazirə keçirib.

 

Tehsil.biz xəbər verir ki, bu dərs akademik mobillik proqramı çərçivəsində aparılan təcrübə mübadiləsi sayəsində mümkün olub. Astana Tibb Universiteti bu məşğələ üçün ATU əməkdaşı N.Hacızadəyə təşəkkür elan edib.

 

27 may-9 iyun 2021-ci il tarixlərində keçirilən “Səhiyyə sahəsində informasiya texnologiyaları” mövzusundakı dərslər ictimai səhiyyə ixtisası üzrə təhsil alan 2-ci kurs tələbələri üçün nəzərdə tutulub.

 

Azərbaycan Tibb Universitetinin tibbi və bioloji fizika kafedrasının müəllimi Niyazi Hacızadə mövzu üzrə mühazirə zamanı maraqlı prezentasiyalar təqdim edib. Bu zaman pasiyentlərlə məsafədən əlaqəyə keçməyə imkan verən innovasiyalı servis və platformaları yaradılması, həkimlərlə online müzakirələrin təşkili, tibb müəssisələrində müalicəvi proseslərin monitorinqlərinin aparılmasında informasiya texnologiyalarından istifadə və s. kimi mövzular haqqında ətraflı danışılıb. Həmçinin, elektron cədvəllərdən istifadə etməklə məlumatların işlənməsi məsələsi də müzakirə olunub.  

 

Astana Tibb Universiteti onlayn mühazirə üçün ATU-nun əməkdaşı N.Hacızadəyə təşəkkür edib. Qeyd edək ki, akademik mobillik - tələbənin və professor-müəllim heyətinin ölkədaxili və xarici ölkələrin ali təhsil müəssisələrində müvafiq olaraq sərbəst təhsil almaq, akademik fəaliyyət göstərmək hüququdur.

Xəbər lenti