2021-ci ilin “Nizami ili” elan olunması ilə əlaqədar tədbirlərin keçirilməsi məqsədilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı Filialında da Tədbirlər Planı təsdiq olunub.
Tehsil.biz xəbər verir ki, tədbirlər planına əsasən silsilə tədbilər – elmi-praktik konfrans, dəyirmi masa keçirilmiş və filialın kitabxanasında Nizami Gəncəvinin yaradıcılığını əks etdirən sərgi təşkil edilmişdir. Bu tədbirlərin davamı olaraq filialın kollektivinin Gəncə şəhərinə - Nizami Məqbərəsinə ziyarəti təşkil olunub. Ziyarətdə filialın əməkdaşları ilə birgə bir neçə tələbəsi də iştirak edib.
Ziyarət zamanı filialın direktoru, dosent Tünzalə Yusifova Nizami Gəncəvinin həyat və yaradıcılığından danışaraq qeyd edib ki, cənab Prezident İlham Əliyev tərəfindən 2021-ci ilin “Nizami ili” elan olunması ədəbiyyat tariximizə, mili-mənəvi dəyərlərimizə göstərilən diqqətin bariz nümunəsidir.