Logo

"Distant təhsil yaranmış vəziyyətdən yeganə çıxış yoludur” - Təhsil naziri

19.10.2020 12:28 561 baxış
IMG

Bu gündən 2 noyabr tarixinədək ölkə üzrə bütün təhsil müəssisələrində tətil elan olunur.

 

Tehsil.biz xəbər verir ki, bu barədə Baş Nazir Əli Əsədov xüsusi karantin rejimi dövründə Azərbaycanda fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyəti ilə bağlı qərar imzaladı.

 

Bəs bütün ölkə ərazisindəki təhsil müəssisələri üçün elan olunan tətil müddəti uzadıla bilər?

 

“Məktəblərin açılması koronavirusa yoluxma sayından asılı olacaq. Bu sistemdə bir çox  qurumlar birlikdə işləyir. Həm Səhiyyə Nazirliyi, həm Təhsil Nazirliyi və digər qurumlar əlaqədədir. Bu qərarlar ümumi məsləhətləşmələrdən sonra verilir”.

 

Bu fikirləri Təhsil Naziri Emin Əmrullayev çıxışı zamanı bildirib. O, koronavirusun sürətlə yayıldığı bu günlərdə distant təhsilin yeganə çıxış yolu olduğunu qeyd etdi:

 

“Əyani təhsilin distantdan daha keyfiyyətli olduğunu bilirik. Bu gün məqsəd distant təhsilə keçid deyil. Distant təhsil yaranmış vəziyyətdən yeganə çıxış yoludur”.  

 

Qeyd edək ki, məktəblərin həcminin böyük olması, məskunlaşma və şəhər daxili məskunlaşma olaraq bu günədək koronavirusa ən çox yoluxma Bakı, Sumqayıt və Abşeron bölgəsində qeydə alınıb.

 

Xəbər lenti