Logo

DİM-də hüquq üzrə beynəlxalq imtahan keçirilib

19.10.2020 12:30 108 baxış
IMG

Dövlət İmtahan Mərkəzində  (DİM) oktyabrın 12-də Pearson VUE (Virtual University Enterprises) tərəfindən təqdim olunan və hüquq sahəsinə aid olan beynəlxalq National Admissions Test for Law (LNAT) sertifikat imtahanı keçirilib.

 

İmtahanda 1 nəfər iştirak edib. Keyfiyyətin və təhlükəsizliyin təmin edilməsi məqsədilə imtahanların keçirilməsinə dair bütün prosedurlara, həmçinin müvafiq sanitar-gigiyenik qaydalara riayət olunub.

 

DİM-də keçirilən müxtəlif ixtisas sahələri, həmçinin ingilis dili üzrə imtahanların vaxtı ilə aşağıdakı cədvəldən tanış olmaq mümkündür:

 

İmtahanın adı

Gün

Saat

“Pearson VUE”-nun IT, maliyyə, menecment, audit, marketinq və s. sahələr üzrə 100-dən çox professional imtahan

Hər həftənin I, III, V günləri

Səhər növbəsi: 08:30–13:30

Günorta növbəsi: 14:00-18:00

“Pearson Test of English Academic” (PTE Academic)

Hər həftənin II günləri

Günorta növbəsi: 15:00-18:00

 

İmtahanlara qeydiyyat və digər məsələlər ilə bağlı daha ətraflı məlumat verilmiş keçiddə qeyd olunub.

Xəbər lenti