Logo

Məktəb direktoru: 44 günlük Vətən müharibəsində qazanılan zəfər şagirdlərimizə stimul verdi

14.06.2021 21:01 403 baxış
IMG

2020-2021-ci tədris ili pandemiya səbəbindən tam əyani formada təşkil oluna bilmədi. Buna baxmayaraq onlayn platformalar vasitəsilə dərslər təşkil olundu. 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuzun zəfəri şagirdlərimizə stimul verdi. Onları yeni-yeni uğurlara həvəsləndirdi.


Bunu “Son zəng” tədbirində 220 nömrəli məktəb-liseyin direktoru Lətifə Əzimova  müsahibəsində deyib.


O bildirib ki, 2020-2021-ci tədris ilində məktəb-liseyin 7 şagirdi Respublika Fənn Olimpiadalarının, 2 şagirdi Lütfi Zadə adına məntiq olimpiadasının qalibi olub. Bu il məktəb üzrə 124 şagird məzun olur, onlardan 52 nəfəri buraxılış imtahanlarında 200-dən çox bal toplayıb: “Arzu edirəm ki, şagirdlərimiz valideynləri üçün gözəl övlad, ölkəmiz üçün layiqli vətəndaşlar olsunlar”.


Xatırladaq ki, 2020-2021-ci tədris ilində respublikanın ümumi təhsil məktəblərinin XI siniflərini 84 min 69 şagird bitirir. Onlardan 38 min 461 nəfəri qız, 45 min 608 nəfəri oğlandır. Tədris ilində respublika üzrə ümumi təhsil məktəblərində fəaliyyət göstərən 6 110 məktəbəhazırlıq qrupunu 106 min 580 nəfər uşaq başa vurub.


2021-2022-ci tədris ilində respublika üzrə 158 min 608 uşağın I sinifdə təhsil alacağı proqnozlaşdırılır.

 

Azərtac

Xəbər lenti