Logo

BDU-da imtahan sessiyasının ikinci həftəsi start götürüb

15.06.2021 08:59 350 baxış
IMG

İyunun 7-dən etibarən Bakı Dövlət Universitetində (BDU) 2020-2021-ci tədris ilinin yaz semestrinin yay imtahan sessiyası başlayıb.

 

Tehsil.biiz xəbər verir ki, sessiya 02 iyul 2021-ci il tarixinə qədər gün ərzində 2 növbədə onlayn (məsafədən) davam edəcək.


Bu gün 346 qrup üzrə 7260 tələbə (476 nəfər SABAH qrupu olmaqla) imtahan verib. BDU-nun Qazax filialında isə 463 tələbə imtahanlarda iştirak edib.


İmtahanları BDU rəhbərliyi, dekanlar, kafedra müdirləri və Tələbə Nəzarət Qrupunun üzvləri müşahidə edir.


Qeyd edək ki, İmtahan sessiyasının təşkili və həyata keçirilməsi ilə bağlı İmtahan Qərargahı və Qaynar xətt yaradılıb. Qərargaha daxil olan hər bir şikayətin operativ araşdırılması məqsədilə Qərargahın nəzdində Apelyasiya Komissiyası fəaliyyət göstərir.

Xəbər lenti