"“Bu gün “Son zəng” tədbirindən sonra Cəlilabada gəldik”.
Tehsil.biz “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu sosial şəbəkə hesabında təhsil naziri emin Əmrullayev yazıb.
O qeyd edib ki, Cəlilabad şəhər akademik Zərifə Əliyeva adına 7 saylı tam orta məktəbdə təşkil olunmuş peşə təmayüllü siniflərə baş çəkiblər:
“Bu ilin məzunları ilə görüşdük. Layihənin ilk 20 məzunu xidmət, təmir-tikinti və aqronomluq üzrə öyrəndikləri bacarıqları nümayiş etdirdilər.
Daha sonra şagirdlərin əkdikləri çiyələkdən hazırlanmış mürəbbə və kompotun dadına baxdıq”.