Logo

AzTU-nun bir qrup müəllimi təltif olunub

15.06.2021 09:28 439 baxış
IMG

Azərbaycan Texniki Universitetinin (AzTU) bir qrup müəllimi təcrübə proqramının (istehsalat, elmi-tədqiqat və elmi-pedaqoji) təşkil olunmasında fərqləndiyinə görə sertifikatla təltif olunub.

 

Tədbirdə çıxış edən AzTU-nun Tədris işləri üzrə prorektoru, professor Nurəli Yusifbəyli bildirib ki, pandemiyanın yaratdığı çətinliklərə baxmayaraq təcrübə rəhbərləri bu prosesdə uğurla iştirak edib. Əyani təcrübədə iştirak edə bilməyən tələbələrə müəllimlər və müəssisələrdən təyin olunan təcrübə rəhbərləri tərəfindən videodərslər, praktiki məşğələlər tədris olunub. Qeyd olunub ki,  istehsalat, elmi-tədqiqat və elmi-pedaqoji təcrübədə ümumilikdə 175 qrup üzrə 160 təcrübə rəhbəri iştirak edib. Ən yaxşı nəticə göstərən 30 müəllim seçilərək sertifikatla təltif olunub.

 

Daha sonra sertifikatlar pedaqoji heyətə təqdim olunub.

 

Siyahı: Təltif olunan müəllimlər

Xəbər lenti