Logo

Ali təhsil müəssisələrinin filial rəhbərləri “Qaydışdan qurtuluşa" adlı elmi-praktik konfransda bir araya gəliblər 

15.06.2021 09:43 113 baxış
IMG

Bu gün Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialının təşkilatçılığı ilə Azərbaycan ali təhsil müəssisəslərinin filialları ilə birgə, 15 İyun - Qurtuluş Gününə həsr olunmuş "Qaydışdan qurtuluşa" adlı elmi-praktik konfrans keçirilib.

 

Tehsil.biz xəbər verir ki, zoom platforması üzərindən onlayn qaydada təşkil olunan konfransda ADPU Quba filialının direktoru dos. Yusif Alıyev, Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialının direktoru prof. Orucəli Rzayev, Bakı Dövlət Universitetinin (BDU) Qazax filialının direktoru dos. Arif Rüstəmov, ADPU Şəki filialının direktoru dos. Rafiq Rəsulov, ADPU Cəlilabad filialının direktoru dos. Xudayar Sultanlı, ADPU Şamaxı filialının direktoru dos. Tünzalə Yusifova və digər filial rəsmiləri, həmçinin professor-müəllim heyəti iştirak ediblər. 


Konfrans Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlanıb. 


Daha sonra ADPU Quba filialının direktoru dos. Yusif Alıyev elmi-praktik konfransı açıq elan edib. Dos. Yusif Alıyev çıxışında Azərbaycanın 1991-ci ildə müstəqillik əldə etməsi tarixlərinə nəzər salıb. Bildirib ki, həmin dövrdə müstəqilliyə baxmayaraq, sərhəd pozuculuğu, müxtəlif növlü insident halları artmışdı. Direkor çıxışında Heydər Əliyevin ölkədə siyasi sabitliyin əldə edilməsində rolundan bəhs edib. Qeyd edib ki, məhz onun səyləri nəticəsində Azərbaycan aqrar ölkədən sənaye-inişaf mərhələləri keçən ölkəyə çevirilib.  Direktor, H. Əliyevin hakimiyyətə gəldiyi ilk iki ili ən gərgin mübarizə dövrü hesab edib. Bildirib ki, məhz həmin illər ərzində bir neçə çevriliş cəhdinin qraşısı alınıb. 1994-cü ildə imzalanan Əsrin müqaviləsi isə Azərbaycanın inkişafında yeni mərhələnin başlanğıcı olub. Beləlilə, ölkəmiz siyasi-iqtisadi, coğrafi baxımdan dünyanın diqqət mərəzinə çevrilib. Ulu öndərin səyləri ilə Lisasabon görüşündə Baloniya  sisteminin tətbiqi ilə bağlı imzalanan sənədin günümüzdə təhsilin inkişafına xeyli təkan veridyini vurğulayıb. Dos. Yusif Alıyev məruzəsində ulu öndər H. Əliyev  hakimiyyətinin bir neçə itiqamətdə qiymətləndirilməsini aparıb. Həmçinin SSRİ rəhbərliyinin Bakıda qanlı qətliam törətməsi, bu zaman Heydər Əliyevin özü və ailə üzvlərinin həyatını təhlükəyə ataraq aidiyyəti instansiyalara getməsi, Azərbaycanın haqq səsini çatdırmaq yolunda mübarizəsini xatırladıb. Y. Alıyev H. Əliyevin əməyi nəticəsində Azərbaycanın ərazi bütovlüyünün tanınmasını 44 günlük Vətən müharibəsindəki qələbənin təməl prsinspiləri hesab edib.


Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialının direktoru prof. Orucəli Rzayev filial rəhbərlərini bir tədbirdə cəmləmək və Qurtuluş Gününü qeyd etməyin böyük fərəh hissi olduğunu bildirib. Qeyd edib ki, Azərbaycan topaqlarının erməni işğalından azad edilməsi ölkənin bir daha əmin əllərdə olduğunu sübut edir. O qeyd edib ki, H. Əliyevin hakimiyyətə gəlməsi Azərbaycana qarşı ərazi iddilarına qarşı kəskin cavabların verilməsi və ölkə daxili sabitliyin təmin edilməsi kimi xarakterizə olunur. Direktor belə konfransların davamlı olmasını, filiallar arasında daimi əməkdaşlığın sürdürülməsini arzulayıb. ADPU filialları arasında innovativ rəqabət mühitinin formalaşdığını, inkişaf tendensiyasının göz önündə olduğunu bildirib. 


BDU Qazax filialının direktoru dos. Arif  Rüstəmov H. Əliyevdən bəhs edərkən onun hakimiyyətə gəldiyi dövrün çətinliklərini, mahiyyətini, şəraitini təsvir etməyin vacibliyini bildirib. Onun sözlərinə görə, bu, bugünki günün mahiyyətini daha dərindən dərk etməyə imkan verəcək. Direktor vurğulayıb ki. Həmin dövrdə hakimiyyət qolları arasındakı əlaqə bir-birini tamamlamırdı, ölkənin daxili vəziyyəti böhran kimi xarakterizə edilirdi. Xatırladıb ki, o zamanlar Azərbaycan xarici aləmdən təcrid olunmuş, informasiya blokadasına salınmışdı. Bu isə ölkənin haqq səsini dünyaya çatdırmağa maneə olurdu. A.Rüstəmov H. Əliyevin hakimiyyətə gəlməsindən sonra beynəlxalq müqavilələrin imzalanması, xüsusilə də neft müqaviləsinin ölkənin iqtisadiyyatını sıfırdan dirçəltməsini əsas gətirib. Bildirib ki, bu, Azərbaycana külli miqdarda maliyyə axınını təmin edib. H. Əliyevin hakimiyyətə gəlməsi ilə Azərbaycan xalqı özünə gəlmək üçün möhlət əldə edib. 


ADPU Şəki filialının direktoru dos. Rafiq Rəsulov kofrans iştirakçılarını bu gün münasibətilə təbrik edib. Qeyd edib ki, H. Əliyevin siyasi zəkası öncə ölkə daxilindəki siyasi stabiliyi təmin edib. Birinci Qarabağ müharibəsində uduzmağımıza baxmayaraq, atəşkəs elan olunub. Direktor bunun səbəbini müharibənin qısa müddətdə udmağın mümkünsüzlüyü ilə əlaqələndirib. Direktor vurğulayıb ki, bəzi dövlətlər indi də Azərbaycanda hansısa statusun yaradılmasından əl çəkmirlər. Əsas məsələ isə odur ki, Azərbaycan sürətlə inkişaf edir, müstəqilliyimiz əbədidir. 


ADPU Şamaxı filialının direktor dos. Tünzalə Yusifova Milli Qurtuluş Gününün tarixi və əhəmiyyətindən bəhs edib. Bildirib ki, bu, böyük ictimai, siyasi əhəmiyyətə malik gündür. Direktor həmin dövrdə Ermənistan işğalçılığının ölkədə vəziyyəti gərginləşdirməsi, ölkə daxilindəki qardaş qırğınını xatırladıb. Bildirib ki, bunların vətəndaş müharibəsinə zəmin yaratması Azərbaycanın bir dövlət kimi varlığına son qoyulması planını tam gücü ilə işə salıb. 


ADPU Cəlilabad filialının direktoru dos. Xudayar Sultanlı Heydər əliyevin siyasi gücü, idarəetmə bacarıqlarından bəhs edib. Atəşkəs barədə sazişin Azərbaycanın inikişafı üçün əsas dönüş olduğunu bildirib. Müstəqil Azərbaycan uğrunda şəhid olanlara rəhmət diləyib, qazilərə şəfa arzulayıb.

 

Filialın məhz Heydər Əliyevin imzası ilə yaradıldığını, uzun inkişaf yolu keçdiyini söyləyib. O, Heydər Əliyevin Azərbaycana sevgisindən, ədəbiyyat adamların xüsusi qayğısından söz açıb. 
Ağcabədi filialının direktor müavini Mahir Səlimov Heydər Əliyevin seçilmiş insan olması, tarixi rolu barədə məlumat verib. Onun çətin, siyasi savadsızlığın baş alıb getdiyi dövrdə hakimiyyətə gəlməsini xatırladıb. Əsas nəticənin isə xarici qüvvələrin müdaxiləsinin qarşısının alması olduğunu vurğulayıb. . Konstitusiyanın qəbulunda H. Əliyevin rolu, həyata keçirdiyi islahatlar, özəlləşdirilmənin sürətləndirilməsindən danışıb. Filial rəsmisi həmçinin vətəndaş müharibəsi təhlükəsinin qarşısının alınması, bu istiqamətdə fəaliyyətdən söz açıb. 


Konfransın sonunda dos. Yusif Alıyev Azərbaycanın müstəqillik və inkişafının davamlı olmsını arzuayıb, konfrans iştirakçılarına tşəkkürünü bildirib. 


Konfrans ümummilli lider Heydər Əliyevə həsr olunmuş videoçarxın nümayiş etdirilməsi ilə başa çatıb.

Xəbər lenti