Logo

Uşaqlar koronavirusu qripdən də yüngül keçirirlər

19 Октября 31 baxış
IMG

Ətrafdakılar onlarla kontaktda olduqları zaman yoluxurlar

 

"Virus infeksiyasının artmasına, yayılmasına əsas səbəb məktəblərin açılması idi. Çünki uşaqlar əsas daşıyıcı rolunu oynayırlar. Onlar koronavirusu qripdən də yüngül keçirirlər. Ona görə də koronavirus uşaqlarda hiss olunmur. Ətraf da uşaqları xəstə kimi qəbul etmədiyindən onlarla kontaktda olduqları zaman yoluxurlar. Bu kateqoriyaya xüsusən yaşlı insanlar daxildir".

 

Tehsil.biz xəbər verir ki, bu sözləri "Şərq"ə açıqlamasında həkim-pulmonoloq Ramin Nəriman deyib. Həkim bildirib ki, digər tərəfdən virusun artmasına səbəb insanların maska rejiminə riayət etməməsidir:

 

"İnsanlar daha çox parça maskalardan istifadə edir. Qeyd edim ki, parça maskalarının virus əleyhinə heç bir qoruyucu təsiri yoxdur. Onlar sadəcə tozdan və müəyyən dərəcə də bakteriyal infeksiyadan qoruyur.

 

Müharibənin də COVİD-19-un artmasında rolu danılmazdır. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının da fikirləri var. ÜST-dən bildirilib ki, Azərbaycanda və Ermənistanda koronavirusun sürətlə artmasının səbəbi müharibədir.

 

Hansı ki, müharibə şəraitində COVİD-19 aid olan karantin qaydalarına riayət etmək o qədər də mümkün olmur. Onun üçün də cəbhəyanı bölgələrdə artımın olması gözlənilən haldır".

Xəbər lenti