Logo

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda növbəti elmi seminar

15.06.2021 12:41 373 baxış
IMG

AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda növbəti elmi seminar keçirilib.

 

İnstitutdan seminarda Populyasiya genomiksi laboratoriyasının kiçik elmi işçisi Gülmirə Əlibəyova “COVID-19 və insanda immun xaosu” mövzusunda çıxış edib. Məruzəçi koronaviruslar haqqında ümumi məlumat verərək insan koronaviruslarının müsbət RNT zəncirli ortaboylu viruslar olduğunu bildirib. O, virusa yoluxmanın mexanizmi və bu zaman orqanizmdə baş verən proseslərdən danışaraq hazırda xəstəliyin müalicəsində istifadə olunan dərman preparatları və müxtəlif vaksinlərdən bəhs edib.

Xəbər lenti