Logo

Azərbaycan alimi beynəlxalq konfransın bölmə sədri təyin edilib

19.10.2020 14:22 526 baxış
IMG

Azərbaycan Texniki Universitetinin (AzTU) Telekommunikasiya və informasiya təhlükəsizliyi kafedrasının professoru Bayram İbrahimov Avstriyanın Vyana şəhərində oktyabrın 20–22-də “Rabitə və texnologiyaların idarəedilməsi və tətbiqi” mövzusunda keçiriləcək beynəlxalq konfransın təşkilat komitəsinin üzvü seçilib. Eyni zamanda konfransın elektrik və optik rabitə və idarəetmə sistemlərində innovativ texnologiyaları bölməsinə sədr təyin edilib.

 

AzTU-dan bildirilib ki, B.İbrahimov konfransda “PON, WDM və DWDM texnologiyaları bazasında optik telekommunikasiya sistemlərinin göstəricilərinin analizi və tədqiqi” mövzusunda çıxış edəcək. Konfransın məruzələrinin “IEEE Xplore” və “Scopus” jurnallarının müvafiq bölməsində dərc olunması nəzərdə tutulur.

Xəbər lenti