Logo

İqtisadi və Sosial İnkişaf Mərkəzi tələbələr arasında Təcrübə Proqramı elan edir

19.10.2020 14:25 117 baxış
IMG

 İqtisadi və Sosial İnkişaf Mərkəzi (İSİM) tələbələr və məzunlar üçün Yeni Təcrübə Proqramı elan edir.

Proqrama yerli və xarici tələbələr müraciət edə bilərlər.Təcrübə proqramı 3 ay müddəti əhatə edəcək. Tələbələr təhsil aldıqları ali məktəblərdə dərslərindən sonra proqramda iştirak imkanı qazanacaqlar.

Proqramda iştirak edəcək təcrübəçilərə nələr vəd edilir?

–  İSİM tədqiqat layihələrində iştirak etmək;

– Xarici tədqiqatçıların rəhbərliyi ilə tədqiqat və iqtisadi-elmi metodları öyrənmək;

– İSİM-in adından xaricdə təşkil edilən beynəlxalq tədbirlərə qatılmaq;

– İqtisadi biliklər ilə yanaşı xarici ekspertlərin çalışdığı mühitdə ingilis dili biliklərini təkmilləşdirmək;

– Mətbuata çıxış imkanları əldə etmək;

– Yerli dövlət və beynəlxalq qurumlar ilə əlaqələr qurmaq;

– CV-nizi təkmilləşdirmək

– İSİM-in çap etdiyi nəşrlərin müəllifi olmaq və

ən əsası

– Yaxşı, dostcasına mühitdə çalışmaq

Müraciətçidən nələr istənilir?

– Azərbaycanda və ya xaricdə uiversitet tələbəsi və ya məzunu olmaq;

– Orta iqtisadi biliklər;

– Ən azı danışıq ingilis dili biliklər;

– Proqram dövründə tədqiqatlarda mütəmadi olaraq iştirak etmək.

Proqramda iştirak etmək istəyənlər CV və niyyət məktubunu [email protected] email ünvanına göndərə bilərlər. Sənədlər azərbaycan və ya ingilis dillərində olmalıdır.

Proqrama son müraciət tarixi: 27 Oktyabr 2020-ci il

İSİM ABŞ-ın məşhur Penselvaniya Universitetinin beynəlxalq qiymətləndirməsində 2015-ci il üçün Qafqaz və Mərkəzi Asiyanın ən güclü beyin mərkəzi elan edilib. Eyni zamanda Harvard Universitetinin rəsmi siyahısına daxil olan yeganə Azərbaycan mərkəzidir.

Xəbər lenti